İspaniyada xəstəxanalardan kimsəsiz insanların cəsədlərini saxta sənədlərlə oğurlayaraq tibb fakültələrinə satan cinayətkar təşkilat aşkarlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis idarəsindən verilən açıqlamada keçirilən əməliyyatda cəsədləri oğurlayıb satdıqları üçün yaşları 41-74 arasında olan 4 kişi İspaniya vətəndaşının tutulduğu açıqlanıb.
Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilat yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir və onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.
Qeyd edək ki, İspaniya polisi, 2023-cü ilin əvvəlində vəfat edən bir şəxsin cəsədinin cənazə evi tərəfindən Valensiyadakı xəstəxananın meyitxanasından qeyri-qanuni olaraq çıxarıldığı və xəstəxana qeydlərində saxtakarlığın olduğu aşkar edildikdən sonra istintaq başladıb.
Əfsanə
Manşet.az