Avstraliyada Viktoriya ştatının parlament üzvü, deputat Georgie Purcellin şəklini dəyişdirən Nine News xəbər kanalı üzr istəyib və Photoshop-u günahlandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Purcell sinəsinin böyüdülməsi və qarnının açıq qalması ilə bağlı sosial media hesabında Photoshop-lu və orijinal şəkillər paylaşaraq geyiminin necə dəyişdiyini göstərib.
Nine News kanalı "Photoshop avtomatlaşdırılması” problemi olduğunu iddia edib.
Deputat bu vəziyyətə münasibət bildirərək “Bu, kişi siyasətçinin başına gəlməyəcək bir vəziyyətdir” deyib.