İsveçli musiqiçilər bu ölkənin “Eurovision”da iştirakına qadağa qoyulması üçün çağırış etdi

17:57 - 30 Yanvar 2024

İsveçli musiqiçilər bu ölkənin “Eurovision”da iştirakına qadağa qoyulması üçün çağırış etdi

Bu il keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən İsveçdə 1000-dən çox musiqiçidən ibarət qrup İsrailin müsabiqədə iştirakına qadağa qoyulmasını tələb edən petisiya imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müğənnilər “Eurovision”u və Avropa Yayım Birliyini Ukraynaya müdaxiləsindən sonra Rusiyaya qadağa qoyaraq, bu İsrailə icazə verməklə ikili standartlar tətbiq etməkdə ittiham ediblər.

Oxşar çağırışlar İslandiya və Finlandiyadakı bəzi qruplardan gəlib. Bu qruplar İsrailin Eurovisionda iştirak edəcəyi təqdirdə ölkələrini iştirak etməməyə çağırıb.

İsveç rəsmiləri isə öz bəyanatlarında bildiriblər ki, Avropa Yayım Birliyi müsabiqədə hansı ölkələrin iştirak edib-etməyəcəyinə qərar verir və İsveç bu qərara əməl etməlidir. Avropa Yayım Birliyi dəfələrlə bu cür çağırışları rədd edib və İsrailin bu may ayında Malmödə keçiriləcək müsabiqədə iştirakına icazə veriləcəyini bildirib. İsrail gələn həftə Eurovision 2024 təmsilçisini seçəcək və mahnısını martda açıqlayacaq.

Qeyd edək ki, İsveçli iştirakçı Loreen keçən ilki müsabiqədə qalib gəldikdən sonra İsveç yarışa ev sahibliyi etmək hüququ qazanıb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv