İsraildən Qəzzadakı tunellərə dəniz suyu etirafı

11:14 - 31 Yanvar 2024

İsraildən Qəzzadakı tunellərə dəniz suyu etirafı

İsrail ordusu oktyabrın 7-dən hücuma keçdiyi Qəzza zolağında bəzi tunellərə çoxlu miqdarda dəniz suyunun vurulduğunu bildirib.   


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. 
Açıqlamada aparılan mühəndislik işləri çərçivəsində nasos və borularla tunellərə suyun vurulduğu, qrunt və su yollarının təhlili aparılaraq qrunt sularının zədələnməsinin qarşısının alındığı qeyd olunub. 
Açıqlamada, "Son illərdə İsrail ordusu və İsrail təhlükəsizlik orqanlarının inkişaf etdirdiyi bu üsulla HƏMAS-ın Qəzza zolağındakı yeraltı infrastrukturuna qarşı əməliyyatlar aparılıb" ifadəsi işlədilib. 
Əfsanə
Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv