İngiltərənin “insan hüquqlarının pozulacağı” səbəbiylə ekstradisiya etməsi şəxslər narkobaron çıxdı

15:22 - 31 Yanvar 2024

İngiltərənin “insan hüquqlarının pozulacağı” səbəbiylə ekstradisiya etməsi şəxslər narkobaron çıxdı

Hindistanda 11 yaşlı Qopal Secani və qohumu Harkuş Kardani 2017-ci ilin fevralında bıçaqlı hücumda həlak olublar. Qopal Secaninin ögey anası Arti Dhir (59) və ögey atası Kavak Raijada (34) həyat sığortasından 150 min funt sterlinq (təxminən 319 000 AZN ) aldıqdan sonra İngiltərədə məskunlaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan sığorta pulu almaq üçün uşağı öldürdükləri səbəbiylə ər və arvadın ekstradisiyasını tələb etmiş, İngiltərə isə “insan hüquqlarının pozulacağı” səbəbiylə tələbi rədd etmişdir.

Beləki, ər və arvadın milyardlarla funt-sterlinq kokain daşıyan dünyanın ən məhsuldar narkotik baronlarından ikisi olduğu ortaya çıxıb.

Arti Dhir və Kaval Raijada Avstraliyaya yalnız bir göndərişdə yarım tondan çox narkotik qaçaqmalçılığı ilə 57 milyon funt sterlinq qazanıblar. Cütlüyün evinə basqın zamanı 3 milyon funt sterlinq pul və gümüş külçələr ələ keçirilib.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv