Kıvanç Tatlıtuğ Londona köçəcəyi ilə bağlı xəbərlərə cavab verdi

15:58 - 31 Yanvar 2024

Kıvanç Tatlıtuğ Londona köçəcəyi ilə bağlı xəbərlərə cavab verdi

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ baş rol aldığı “Ailə” serialının finalından sonra övladının təhsili üçün Londona köçməyə qərar verdiyi haqda söz-söhbətlərə cavab verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyor X hesabında paylaşdığı paylaşımla haqqında yayılan xəbərləri təkzib edib.

Kıvanç Tatlıtuğ paylaşımında "Qaçırlar ölkədən, övladlarının təhsili üçün Londona köçürlər" xəbəri doğru deyil. Xeyr, biz köçmürük. Film, serial və reklam layihələrim buradadır və mən burada işləməyə davam edirəm. Ayrıca oğlum daha 21 aylıqdır. Bu xəbərlərə inanmayın. Sevgilər” deyib.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurub və 2022-ci ildə Kurt Efe adını verdikləri oğulları dünyaya gəlib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv