"Azərsiğorta" ləvğ edildi - FƏRMAN

17:15 - 31 Yanvar 2024

\"Azərsiğorta\" ləvğ edildi - FƏRMAN

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, Fərmanda deyilir:

“1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilsin.

2. “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 740 (Cild I) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv