Ancelottidən Arda Gülər açıqlaması - “Bütün Türkiyə arxasındadır”

17:24 - 31 Yanvar 2024

Ancelottidən Arda Gülər açıqlaması - “Bütün Türkiyə arxasındadır”

İspaniya La Liqasında "Xetafe" ilə qarşılaşacaq "Real Madrid"də oyunöncəsi mətbuat konfransında danışan baş məşqçi Karlo Ançelotti Arda Gülər haqqında açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti zədə problemi səbəbindən bu mövsüm çox az oynayan Arda Gülər üzərində təzyiqi anladığını, Ardanın arxasında olan bütün Türkiyənin onu meydanda görmək istədiyini bildirib.
Ançelotti açıqlamasında “Ardanın üzərində təzyiq olduğunu anlayıram, çünki arxasında bütün Türkiyə var. Bütün ölkə onun Real Madriddə oynadığını görmək istəyir. Amma bu uşağın 18 yaşı var. Vaxtı gələcək" deyə cavab verib.
Qeyd edək ki, Arda Gülər Kral Kubokunda yalnız ilk 11-də meydanda olub və indiyə qədər 59 dəqiqə oynayıb. O, Superkubok yarımfinalında Atletico Madrid və son səfərdə Las Palmas matçının son dəqiqələrində meydana daxil olub.
Əfsanə
Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv