Putin xüsusi əməliyyat obyektlərinin birində PUA ilə bağlı çətin vəziyyətin olduğunu açıqlayıb.
Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.
Putin açıqlamasında bildirib ki, o, səhər saatlarında Baş Qərargahla danışıb.
Həmçinin o, qeyd edib ki, pilotsuz uçuş aparatlarının əhəmiyyəti barədə cəbhə xəttində hərbçilərlə gündəlik təmaslardan nəticə çıxarır.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərin problemlərinin həlli istiqamətində iş görülüb. Kreml nümayəndəsi bunu hərbçilərin və onların yaxınlarının dövlət başçısına dedikləri təşkilati problemləri qeyd edib.
2022-ci il fevralın 24-də Vladimir Putin Donbassda xüsusi əməliyyatın başlandığını elan edib.
Belə ki, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk xalq respublikalarının rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.
Jalə
Manşet.az