27 yaşlı oğlan güllələndi - Qardaşlar saxlanıldı

10:37 - 03 Fevral 2024

27 yaşlı oğlan güllələndi - Qardaşlar saxlanıldı

Şəmkirdə 27 yaşlı oğlan silahla vurulub.

 

DİN-in regional qrupundan Manset.az-a bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az