ABŞ Yəməndəki hədəfləri yenə vuracaq

11:12 - 03 Fevral 2024

ABŞ Yəməndəki hədəfləri yenə vuracaq

ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazıb.

“Böyük hücumlar gözlənilir... növbəti hədəflər Yəməndə olacaq”, – nəşr iki amerikalı rəsmiyə istinadən qeyd edib.

Şənbə gecəsi ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab zərbələri çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinə, İraq və Suriyadakı əlaqəli qüvvələrə aid 85-dən çox hədəfi vurub. ABŞ ordusunun məlumatına görə, Pentaqon təyyarələri tərəfindən vurulan hədəflər arasında komanda məntəqələri, kəşfiyyat mərkəzləri, raket və dron anbarları, eləcə də SEPAH və onun İraq və Suriyadakı müttəfiq qüvvələri üçün sursat təchizatı zəncirlərinin saxlanılması ilə məşğul olan digər obyektlər var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az