Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) Günəşə ən yaxın planet olan Merkurinin son fotolarını sosial media hesabında paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paylaşılan fotoya Sofi Ellis-Bextorun "Murder on the Dancefloor" adlı hit mahnısı əlavə edilib. Foto 2,7 milyon bəyənmə toplayıb.
NASA-nın paylaşımına rəy yazan Sofi Ellis-Bextor deyib:
“Mən çox qürur duyuram ki, mahnım belə möhtəşəm planetin yanında xatırlanır. Merkuri diskoteka retrosunda”.
Əfsanə Rəcəb
Manşet.az