ABŞ Ticarət Komissiyası ABŞ təşkilatlarının Türkiyədən idxal edilən konservləşdirilmiş polad üçün əlavə gömrük rüsumları tələbini rədd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Komissiya dörd ölkədən idxal edilən konservləşdirilmiş polad üçün gömrük rüsumlarını ləğv edib.
Bura, həmçinin, Cənubi Koreya, Almaniya və Kanada da daxildir.
Bundan əlavə, Çindən idxal olunan məhsullara 122,5 faiz subsidiya verilməsinin qarşısını almaq məqsədi daşıyan gömrük rüsumunu da dayandırıb.
Bu qərarlardan sonra ABŞ Çin, Cənubi Koreya, Tayvan və Türkiyədən idxal edilən konservləşdirilmiş polad üçün 25 faizlik gömrük rüsumu tətbiq etməyə davam edəcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu ölkələrdən idxal olunan malların milli təhlükəsizliyi təhdid etdiyini əsas gətirərək gömrük rüsumları tətbiq edib.
Keçmiş prezident Donald Trampın rəhbərliyi altında ABŞ 2018-ci ilin mart ayında polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq etmək qərarı almışdı. Bu qərara cavab olaraq Türkiyə ABŞ-dan polad idxalına əlavə 25 faiz vergi tətbiq etmişdi.
Əfsanə Rəcəb
Manşet.az