Tibb müəssisələrində seçki prosesi bütün qaydalara uyğun təşkil edilib - FOTOLAR

21:01 - 07 Fevral 2024

Tibb müəssisələrində seçki prosesi bütün qaydalara uyğun təşkil edilib - FOTOLAR

“2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil edilib. Səhhəti ilə əlaqədar müalicə alan seçicilər tibb müəssisələrində səs veriblər”.  

 

Manset.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 20 saylı Nərimanov ikinci seçki dairəsində səs verərkən “Qafqazinfo”nun suallarını cavablandırıb.

V.Qurbanov qeyd edib ki, TƏBİB-in tabeli tibb müəssisələri 5 fevral tarixindən gücləndirilmiş iş rejimində çalışır:

“Müəssisələrimizdə seçki prosesi Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində bütün qaydalara uyğun şəkildə təşkil edilib və yüksək aktivlik qeydə alınıb. Həmçinin Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub”.

TƏBİB-in İcraçı direktoru Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin də gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini qeyd edib.

Bildirib ki, indiyədək təcili tibbi yardım xidmətinə yüngül simptomlarla sadəcə 6 müraciət qeydə alınıb. Onlara da, əsasən, yerində ilkin yardım göstərilib:

“Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediliblər.

Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində həkim məntəqəsi, “Hilton” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib”.








Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az