ABŞ-ın Corciya ştatında doğuş zamanı həkimin həddindən artıq güc tətbiq etməsi nəticəsində körpənin başı qopub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ailənin məhkəməyə müraciətindən sonra aparılan məhkəmə tibbi ekspertizası nəticəsində körpənin ölümünün həkim səhvi deyil, qətl kimi qiymətləndirilməsi qərara alınıb.
Beləki, 21 yaşlı Jessica Ross doğuş üçün Cənubi Regional Tibb Mərkəzinə gedib. Doğuş zamanı həkim körpənin başını lazım olduğundan artıq güclə çəkməyə çalışıb və körpənin başı kəsilib.
Bundan sonra o, onunla eyni yaşda olan sevgilisi Treveon Isaiah Taylor ilə xəstəxanaya qarşı iddia qaldırıb.
Ailənin vəkili Roderik Edmond xəstəxananın da hadisəni ört-basdır etməyə çalışdığını bildirib.
Ailə körpənin dəfn xərclərinə əlavə olaraq 10 min dollar təzminat tələb edib.
Xəstəxana açıqlamasında baş vermiş hadisədən çox kədərləndiklərini və hər məsələdə ailəyə dəstək olacaqlarını bildirib.
Əfsanə Rəcəb
Manşet.az