“Biz ABŞ-nin 51-ci ştatı deyilik” - Siyarto

00:24 - 09 Fevral 2024

“Biz ABŞ-nin 51-ci ştatı deyilik” - Siyarto

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ABŞ-nin İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi haqqında tələbi Macarıstanı maraqlandırmır.

 

Manset.az xəbər verir ki, bununla bağlı XİN başçısı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərini şərh edərkən bildirib:

“Hamı başa düşməlidir ki, Macarıstan suveren ölkədir. Bunu nəinki hər kəs başa düşməlidir, hər kəs buna hörmət etməlidir. Macarıstan dünyanın heç bir yerindən gələn təlimatlara uyğun hərəkət etməyəcək. Çünki biz ABŞ-nin 51-ci ştatı deyilik”.

Qeyd edək ki, Sallivan bir neçə gün öncə ABŞ-nin səbrinin sonsuz olmadığını və Vaşinqton Macarıstandan İsveçin NATO üzvlüyünü ən qısa zamanda təsdiqləyəcəyini gözlədiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az