Bu ölkə İsrailin ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsindəki işə müdaxilə etdi
Fələstini rəsmi olaraq dövlət kimi tanıyan İspaniya, İsrailin Qəzzada soyqırımda ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsindəki işə müdaxilə edəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırım iddiasına qoşulacağını bildirib.
Albaresin açıqlaması ilə İspaniya davaya qoşulan ilk Avropa ölkəsi olub.
Əfsanə Rəcəb
Manşet.az