Almaniyanın Bavariya və Baden-Vürtemberq əyalətlərində güclü yağış daşqınlara səbəb olub.
Manset.az xarici mətbuata istinadan xəbər verir ki, fəlakətində 5 nəfər həyatını itirərkən, 1 yanğınsöndürən itkin düşüb.
Bavariyada 3, Baden-Vürtemberqdə isə 2 nəfərin meyiti tapılıb.
Hal-hazırda bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.