Oskar mükafatlı aktrisa Natali Portman ötən gecə İngiltərənin paytaxtı Londonda əyləncə məkanında görüntülənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisa şəhərin ən məşhur məkanlarından biri olan Chiltern Firehouse-da rəfiqələri ilə əylənib.
Son zamanlar İngiltərədə Guy Ritchie-nin yeni filmi "Fountain Of Youth"un çəkilişləri ilə məşğul olan aktrisanın yanında sevgi dedi-qodularında adı birlikdə çəkilən britaniyalı aktyor Pol Meskal olmayıb. Portman 12 il evli olduğu Benjamin Millepieddən xəyanətinə görə bu mart ayında boşanıb.
Əfsanə Rəcəb
Manşet.az