Türkiyə kinofilm tarixində iz qoyan ustad aktyor Murat Soydan dünyasını dəyişib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sənə dönməyəcəyəm”, “Səadət Günəşi”, “Yalan İllər” və s. kimi layihələrlə tanınan, 1972-ci ildə "Zülüm" filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında "Ən Yaxşı Kişi Aktyor" mükafatını qazanan 83 yaşlı Soydanın ölüm xəbərini qızı Mehveş Soydan açıqlayıb.
Mehveş Soydan:
-"Canım atamı itirdik. Başımız sağ olsun",- deyə sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, məşhur aktyorun vəfat səbəbi hələlik açıqlanmayıb.
Fidan Əliyeva