Dünyadakı qaçqınların təxminən dörddə üçü beş ölkədən birindən - Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudandandır.
Manset.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik Qlobal Trendlər hesabatında məlumat verilib.
Hesabatda deyilir ki, qaçqın və köçkünlərin sayı 2023-cü ilin sonunda 117,3 milyon nəfərə çatıb və hesablamalara görə, 2024-cü ilin aprel ayının sonunadək 120 milyon nəfəri keçib.
-“2023-cü ilin sonunda təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ictimai asayişi ciddi şəkildə pozan hadisələr səbəbindən dünyada təqribən 117,3 milyon insan məcburi köçkün olub. 2023-cü ilin sonunda 117,3-ə yüksəlməsi 2022-ci ilin sonu ilə müqayisədə 8 faiz və ya 8,8 milyon nəfər artım deməkdir. 2024-cü ildə isə 120 milyonu keçəcək”, - deyə BMT qurumu bildirib.
2023-cü ildə ən azı 27,2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb və onların hər dörddə biri vətənini tərk etmək məcburiyyətində qalıb.
Dünya üzrə qaçqınların təxminən dörddə üçü beş ölkədən birindən - Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudandandır. 2023-cü ilin sonunda Ukraynadan olan qaçqınların sayı 2022-ci ildən beş faiz artaraq 6 milyon nəfər təşkil edib. Təxminən 2,6 milyon insan və ya ukraynalı qaçqınların 44 faizi qonşu ölkələrdə sığınacaq tapıb.
Keçən il təxminən 6,1 milyon insan öz evlərinə qayıdıb.
Fidan Əliyeva