"Meymun çiçəyi" virusundan iki gündə ikinci ölüm

14:21 - 13 İyun 2024

\"Meymun çiçəyi\"  virusundan iki gündə ikinci ölüm

Cənubi  Afrikada meymun çiçəyi virusundan bir nəfərin daha ölümü ilə ölənlərin sayı 2-yə yüksəlib.

 

Manset.az xarici mənbələrə əsasən xəbər verir ki, virusdan ilk ölümün dünən baş verdiyi açıqlanıb. 

Cənubi Afrika Səhiyyə Nazirliyindən verilən açıqlamada meymun çiçəyi virusuna yoluxan daha bir xəstənin öldüyü bildirilib. Bildirilib ki, yayılan yaralar, baş ağrısı, halsızlıq, ağızda yaralar, əzələ və boğaz ağrısı şikayətləri ilə dünən xəstəxanaya müraciət etdikdən sonra analizi müsbət çıxan 38 yaşlı xəstə elə həmin gün dünyasını dəyişib.

Belə ki, meymun çiçəyi virusundan ölənlərin sayının 2-yə, yoluxma sayının isə 6-ya yüksəldiyi qeydə alınıb.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv