Türkiyəli superstar Ajda Pekkan karyerasında bir ilkə imza atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Beşiktaş Tüpraş Stadionunda pərəstişkarları ilə görüşən Pekkan Eurovision Mahnı Müsabiqəsində belə heç vaxt bu qədər həyəcanlanmadığını bildirib.
Konsertin aparıcısı Çağla Şıkel olub.
Konsertdə nəhəng orkestr ilə çıxış edən Ajda Pekkanı konsertdə Selda Bağcan, Nilüfer, Mazhar - Fuat, Işın Karaca, Hande Yener, Cem Adrian, Mabel Matiz, Semiçenk, Motive, Norm Ender və onun xoru və Dolapdere Bing Gang müşayiət edib.
Əfsanə Rəcəb
Manşet.az