İsrailin Qəzzaya qarşı hava hücumlarının davam etməsi nəticəsində ölənlərin sayı 37 min 232-yə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində həyata keçirilən 3 hücumda 30 fələstinlinin həyatını itirdiyini, 105 fələstinlinin isə yaralandığını açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) 251 gün ərzində həyata keçirdiyi hücumların balansının da yer aldığı açıqlamada yaralı sayının 85 min 37-yə yüksəldiyi ifadə edilib.
Əfsanə Rəcəb
Manşet.az