Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

12:27 - 17 Noyabr 2025

Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.


Manset.az yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:

“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”

Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az