Niyaməddin Musayevin qızı işdən çıxarılıb

14:40 - 27 Yanvar 2026

Niyaməddin Musayevin qızı işdən çıxarılıb

Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən Manset.az-a təsdiqləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az