“Dostart.az” portalı fəaliyyətə başlayır 

12:00 - 29 Yanvar 2026

“Dostart.az” portalı fəaliyyətə başlayır 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə mərkəzdə hazırlanan əl işlərinin satışı üçün “dostart.az” portalı istifadəyə veriləcək. 


Manset.az xəbər verir ki, bu haqda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsar 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. 

O bildirib ki, platforma 3 dildə istifadəyə veriləcək. Platforma Azərbaycan, rus və ingilis dillərində təsis olunub. Bu, platformanın istifadə arealını daha da genişləndirəcək. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az