Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 2015-ci ildə toyların birində mahnı ifa etməsinin görüntüləri bir neçə gün əvvəl yenidən sosial şəbəkələrdə yayılaraq rezonans doğurub. Nazirin"Alagöz" mahnısını ifa etməsi böyük maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri nazirin ifasını müzakirə edərək notdan kənar oxuduğunu bildiriblər.
Manset.az məsələ ilə bağlı Xalq artisti, professor, bəstəkar Siyavuş Kərimi ilə əlaqə saxlayıb. O, açıqlamasında bunun müzakirəsinin yersiz olduğunu bildirib:

"O, professional müğənni deyil. İfa edə bilər, bu, normaldır. İfası da düzgündür. Ürəyi istəyib oxuyub, nə var ki burada?! Bunu müzakirə etmək yersizdir və mənası da yoxdur".
Manşet.az