Azərbaycanda tanınmış polkovnik vəfat etdi - FOTO

12:30 - 14 Fevral 2026

Azərbaycanda tanınmış polkovnik vəfat etdi - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.


Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, M.Zeynalov qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mürsəl İslam oğlu Zeynalov 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

Uzun illər daxili işlər orqanlarında çalışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının komandir müavini və Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə baş inspektor vəzifələrində işləyib. 2016-cı ildə ərizə yazaraq işdən çıxıb. 

Daha sonra Ədliyyə Nazirliyi sisteminə keçib. Penitensiar Xidmətin Konvoy Taborunun qərargah rəisi və Təchizat İdarəsinin rəisi olub. 

2023-cü ilin avqust ayında qurumun Təchizat İdarəsinin vəzifəsindən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az