İrandan Naxçıvan Muxtar Respublikasına edilən hücumun Naxçıvana yaxın sərhəd bölgədən hazırlandığı bildirilir.
Manset.az edilən dron hücumu ilə bağlı eksklüziv məlumatlar əldə edib. Belə ki, həmin dronlar İran istehsalıdır. Dronlarla hücum əməliyyatı İranla Naxçıvanın sərhəd bölgəsindən həyata keçirilib. Yaxın ərazidən havaya qaldırılan dron aşağı məsafədən uçurularaq mülki infrastrukturu hədəfə alıb. İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan hava limanı və Şəkərabad kəndində yerləşən məktəb vurulub. Molla rejimi bilir ki, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə yalnız hava nəqliyyatı bağlayır. Buna görə də hava limanını sıradan çıxartmaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqəni tam kəsmək istəyirlər.
Bu metodu 90-cı illərdə Ermənistan aktiv tətbiq edib, indi də İran nümunə götürərək istifadə edir.
Belə nəticəyə gəlmək olar ki, bu hücum planlı şəkildə həyata keçirilib. Dronun radarlara düşməməsi üçün bütün cəhdlər göstərilib. Görünən odur ki, həmin dron hədəf olaraq məktəbi seçib. Texniki səbəblərdən dron bir neçə metr kənara düşüb. İndiki vəziyyətdə, blokada şəraitində olan Naxçıvanda günahsız uşaqları qətlə yetirmək və çaxnaşma yaratmaq məqsədi daşıyır. Bu da molla rejiminin içi üzünü, riyakarlığını və uşaq qatili simasını nümayiş etdirir.
Hazırda dövlətimiz ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır.
Manşet.az