Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib?

15:19 - 30 Mart 2026

Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib?

Mədəniyyət naziri Adil Kərimlinin Xalq artisti Rasim Balayevin dəfn mərasimində iştirak etməməsi diqqət çəkib. Bu məsələ sosial şəbəkələrdə və internet resurslarında geniş müzakirə olunub.


Manset.az baş verən müzakirələr fonunda araşdırma edib. Əldə etdiyimiz məlumata görə, Mədəniyyət naziri Adil Kərimli hazırda ölkə xaricində ezamiyyətdədir. 

Buna görə də, Rasim Balayevin vida mərasimində onu nazir müavini Səadət Yusifova əvəz edib. S. Yusifova vida mərasimində nazirin adından Xalq artistinin ailəsinə və iştirakçılara başsağlığını çatdırıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az