Xəbər verdiyimiz kimi, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində baba və nəvəsi yanaraq ölüb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayevin və 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyiti aşkar edilib.
Manset.az xəbər verir ki, yanğının bəzi detalları məlum olub. Yanğın zamanı uşağın anası işdə, nənəsi isə qonşuda olub.
M.Məmmədzadənin atası ilə anası boşandıqları üçün onlar babasının evində yaşayırmış.
Yanan uşağın böyük bacısı, 2012-ci il təvəllüdlü qız isə hadisə baş verən vaxt məktəbdə olub.