“Pul verməsək imtahana buraxmırlar” - VİDEO

09:45 - 02 Aprel 2026

“Pul verməsək imtahana buraxmırlar” - VİDEO

Qərbi Kaspi  Universitetinin bir qrup tələbəsi universitet rəhbərliyi ilə bağlı narazılıq edərək iddia irəli sürüb. Onların sözlərinə görə, dövlət sifarişi ilə, yəni ödənişsiz əsaslarla təhsil almalarına baxmayaraq, onlardan əlavə ödəniş tələb olunur.


Manset.az-ın Baku TV-yə istinadən məlumatına görə, tələbələr bildirirlər ki, qeyd olunan məbləği ödəmədikləri halda semestr imtahanlarına buraxılmayacaqları ilə bağlı xəbərdarlıqlar alıblar. İddialara görə, rəhbərlik eyni zamanda stipendiyaların verilməsini gecikdirir və dövlət tərəfindən qarşılanan təhsil haqlarına baxmayaraq, tələbələrdən “borc” adı ilə ödəniş tələb edir. Bu ödənişlər edilməzsə, may ayında keçiriləcək imtahanlara, hətta əlavə imtahanlara buraxılmamaq və fənlərdən kəsilmək riski ilə üzləşə bilərlər.

Tələbələr qeyd edirlər ki, məsələ ilə bağlı onlara dəqiq və rəsmi açıqlama verilməyib.

Universitet rəhbərliyi isə iddialara münasibət bildirərək qeyd edib ki, məsələ Təhsil Nazirliyindən daxil olan qərarla bağlıdır və hazırda dəqiqləşdirmə aparılır. Rəhbərlik həmçinin yayılan məlumatlarda yanlışlıq ehtimalını da istisna etmir.

Stipendiyaların gecikdirilməsi ilə bağlı isə qeyd olunub ki, ödənişlərin bir neçə mərhələdən keçməsi səbəbindən müəyyən gecikmələr baş verə bilər. Bununla belə, gecikmiş iki aylıq stipendiyanın tam şəkildə ödəniləcəyi vurğulanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az