2020–2021-ci illərdən 2026-cı ilə qədər peşə təhsili alanların sayı 27 min nəfərə çatıb.
Manset.az-ın məlumatına görə, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən infotur zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, 2022-ci illə müqayisədə 2025-ci ildə peşə təhsilinə qəbulda qadınların payı 32 faizdən 40 faizə yüksəlib. O qeyd edib ki, peşə təhsili sahəsində dayə ixtisasına qəbul olunanların əksəriyyətini qadınlar təşkil edir.
Hazırda ölkə üzrə 79 peşə təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə ümumilikdə 41 min tələbə təhsil alır.