Jurnalist Firuzə Cəlilova Mingəçevir Dövlət Universitetində yeni vəzifəyə təyin olunub.
Manset.az xəbər verir ki, rektor Anar Eminovun əmri ilə Firuzə Cəlilova universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə müdir - mətbuat katibi vəzifəsinə təyin edilib.
Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, F. Cəlilova "Space" TV, "Lider" TV, "Xəzər" TV və Baku TV kimi aparıcı media qurumlarında müəllif-aparıcı və layihə rəhbəri kimi fəaliyyət göstərib.