Bir müddət öncə Əməkdar rəssam Fikrət Ələkbərov dövlət tərəfindən ona bağışlanılan evin keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən ona 36 minə satıldığını iddia etmişdi.
Manset.az məsələ ilə bağlı sabiq nazir Ə.Qarayevlə əlaqə saxlayıb. O deyilənlərin əsassız olduğunu bildirib:
"Mən o mövzuya toxunmaq istəmirəm. O köhnə məsələlərdir, yoxlamalar olub. Bu tamamilə yalnış məlumatdır. Bilmirəm haradan götürüb. Mən 6 ildir ki, işdən çıxmışam.Mən tamamilə bu işlərdən uzağam.Mən müəllimlik edərək həyatımı sürürəm.Bununla da məsələ bitdi".