Ağa Əliyev Avropa çempionu oldu - FOTOLAR

09:51 - 29 Aprel 2026

Ağa Əliyev Avropa çempionu oldu - FOTOLAR

Türkiyənin Mersin şəhərində aprelin 24-29-da universal döyüş (Unifight) idman növü üzrə Avropa və Dünya Kuboku çempionatı keçirilib.


Manset.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən 2002-ci il təvəllüdlü Əliyev Ağа Çingiz oğlu 80 kq çəki dərəcəsində kişilər arasında uğurlu çıxışı ilə yadda qalıb. O, Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb və Avropa çempionu olub.

İdmançı növbəti gün Dünya Kubokunda da mübarizəsini davam etdirib və gümüş medal əldə edib.

Qeyd edək ki, Ağa Əliyev yarış zamanı əvvəlcə Türkiyə idmançısına qalib gəlib, daha sonra Latviya, Suriya və Ukrayna təmsilçilərini məğlub edərək finala yüksəlib.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az