Azərbaycanda bu şəxslərə yeni evlər tikiləcək

16:43 - 29 Aprel 2026

Azərbaycanda bu şəxslərə yeni evlər tikiləcək

İntensiv yağışların yaşayış yerlərini yararsız hala saldığı şəxslərin evləri yenidən tikiləcək.


Manset.az-ın əldə etdiyi məlumata görə, Quba rayonunun Yerfi kənd sakinləri Həsənova Gövhər Xanlar qızı və Rişanova Faiq Mirzəməmməd oğluna Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ayrı-ayrılıqda fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulub. Vətəndaşların yararsız hala düşmüş evlərinin bərpası üçün 116 min 134 manat pul ayrılıb. 

Faktı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a təsdiqləyiblər. Bildirilib ki, adıçəkilən vətəndaşlara məxsus evlər 2024-cü ilin iyun ayında baş verən intensiv yağıntıların təsirinə məruz qalıb. Bununla əlaqədar həmin evlər bərpaya ehtiyacı olan yaşayış evlərinin siyahısına daxil edilib.

Qurumdan verilən məlumatda qeyd olunub ki, hazırda layihə tender mərhələsindədir. Tender prosesi yekunlaşdıqdan sonra evlərin bərpasına başlanılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az