Azərbaycan Gənclər İttifaqı tərəfindən təşkil olunan “Arts Olimpia 2026” incəsənət olimpiadasında Qurbanlı Nuray uğura imza atıb.
Manset.az-ın məlumatına görə, Gülara Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin 3-cü sinif şagirdi Qurbanlı Nuray fortepiano üzrə solo nominasiyada çıxış edərək Qran-Pri mükafatına layiq görülüb.
Pianoçu müsabiqədə “Grieg – The Poet’s Heart” əsərini səsləndirib və yüksək qiymətləndirilib.
Qeyd edək ki, onun bədii rəhbəri İlhamə Cəfərlidir.