Bakıda yük avtomobili yandı.
Manset.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük maşını alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğın səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Ford ” markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb.