Əjdər Ol azadlığa buraxılıb? 

12:13 - 15 May 2026

Əjdər Ol azadlığa buraxılıb? 

Bu günlərdə sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) azadlığa buraxılması ilə bağlı bir sıra məlumatlar yayılıb. 


Məsələni dəqiqləşdirmək üçün Manset.az Əjdər Olun da üzvü olduğu Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əlaqə saxlayıb. Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı məhz Əjdər Olun ailəsi ilə dəqiqləşdirib. Belə ki, yayılan məlumat öz təsdiqini tapmayıb. 

Xatırladaq ki, Əjdər Ol 2022-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə onun cəzası 3 ay azaldılaraq 8 il 3 aya endirilib.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az