“Qüsursuz Nitq Psixologiya Mərkəzi” fəaliyyət əhatəsini genişləndirərək Ağcabədi şəhərində yeni filialının açılışını həyata keçirib.
Manset.az xəbər verir ki, yeni filialda nitq qüsurlarının korreksiyası, psixoloji dəstək, loqoped xidmətləri və inkişaf proqramları üzrə peşəkar xidmətlər göstəriləcək. Mərkəzin əsas məqsədi uşaqların və böyüklərin nitq və ünsiyyət bacarıqlarının inkişafına töhfə verməkdir. Müasir tədris və terapiya metodlarının tətbiq olunacağı filial bölgə sakinlərinin xidmətlərə daha rahat çıxışını təmin edəcək.
Qeyd edək ki, Esmira Qafarovanın rəhbərliyi ilə “Qüsursuz Nitq Psixologiya Mərkəzi” ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərərək yüzlərlə ailənin etimadını qazanıb.
Manşet.az