Xəbər verdiyimiz kimi, Qəbələ rayonunda güclü zəlzələ baş verib. Zəlzələnin 5 baldan yüksək olduğu bildirilib.
Manset.az baş verən zəlzələdə dağıntılar və ya tələfatın olub-olmaması ilə bağlı Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə əlaqə saxlayıb. O, açıqlamasında zəlzələnin hiss edilən olduğunu qeyd edib:
"Zəlzələyə görə, rayonumuzda hər hansısa dağıntı faktı və ya tələfat qeydə alınmayıb. Ərazidə həyat öz axarında davam edir. Ancaq təkanlar güclü oldu. Rayon İcra Hakimiyyətinin bütün nümayəndəliklərinə gücləndirilmiş iş rejimində çalışmaları barədə tapşırıq vermişəm".
Manşet.az