logo
logo logo
logo

Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO

10:59 - 30 İyun 2026

Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO

Azərbaycan şou-biznesində özünü “avtoritet” kimi təqdim edən Manaf Ağayev səhnədə özünü biabır edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, məclisdə ifa zamanı müğənninin səsi onu yarı yolda qoyub. Xaric oxuyan Manaf Ağayev mahnını davam etdirməkdə çətinlik çəkib. Vəziyyəti Aşıq Əli ələ alaraq ifanı davam etdirib və məclisi sözün əsl mənasında xilas edib. 

Həmin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Manaf Ağayevin heç vaxt peşəkar ifa etmədiyini, ara müğənnisi kimi fəaliyyət göstərdiyini qeyd ediblər.

Onu da bildirək ki, Manaf Ağayev tez-tez şou-biznes nümayəndələri arasında baş verən söz-söhbətlər zamanı özünü “söhbət həll edən avtoritet” kimi təqdim edir və söhbətlərə müdaxilə edir. Öz təbirincə desək, bu cür mübahisələri həll etməyə çalışır.

Bu məqamda bir faktı da xatırlatmaq yerinə düşər. İllər əvvəl Manaf Ağayev maqazin verilişlərindən birinə açıqlamasında özünü şou-biznesin “imperatoru” adlandırmışdı. Həmin açıqlama mərhum İlhamə Quliyevanın qəzəbinə tuş gəlmiş, daha sonra Manaf Ağayev elə həmin gün gecə saatlarında İlhamə Quliyevanın tapşırığı ilə brilliant mağazasını açdıraraq Xalq artistinə bahalı hədiyyə alıb, ondan bağışlanması üçün yalvarmışdı. Əslində, belə "nəcib" davranışı ilə seçilən Manaf Ağayevin səsinin olmadığını, daha çox ara müğənnisi kimi tanındığını nəzərə alsaq, özünü ara söhbətlərlə reklam etməsi başadüşüləndir...

Qeyd edək ki,  2022-ci ildə Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan səfər etdiyinə görə məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs cəzası almışdı.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az