logo
logo logo
logo

Postseçki Ermənistanı: Demokratiya pərdəsi altında Qərbin qlobal oyunu

09:09 - 10 İyul 2026

Postseçki Ermənistanı: Demokratiya pərdəsi altında Qərbin qlobal oyunu

Ermənistanda parlament seçkilərindən bir aydan çox müddət keçsə də hələ də siyasi qarşıdurma, qarşılıqlı ittihamlar, seçkilərin qeyri-demokratikliyinə dair iddialar səngimək bilmir. Çünki seçkilər bitər-bitməz siyasi opponentlərə qarşı əvvəldən başladılmış həbslər, siyasi təzyiq və məhkəmə cəhdlərinə nəinki son qoyulmadı, bu proseslər bir qədər də genişləndirildi. Məsələn hakimiyyət seçkidən sonra  Qaqik Tsarukyan kimi tanınmış müxalifət liderlərini, eləcə də "Güclü Ermənistan" blokunun üzvlərini həbs etdi.


Baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə hüquq-mühafizə orqanları əsas müxalifət qüvvələrinin nümayəndələrini, o cümlədən "Hayastan"  blokunun fəallarını müxtəlif bəhanələrlə həbsxanaya saldı. Bu arada müxalifətin seçki nəticələrini qanuni yollarla araşdırılmasına, qanun pozuntularına dair faktlara   hüquqi qiymət verilməsinə dair etdiyi  bütün cəhdləri də uğursuzluqla yekunlaşdı.  Belə ki, Konstitusiya Məhkəməsi müxalifət  bloklarının seçki nəticələrini ləğv etmək tələbini rədd edərək nəticələri qüvvədə saxladı. Bundan sonra əlləri hər yerdən üzülən narazı müxalifət partiyaları legitimlik böhranı səbəbilə "siyasi müqavimət" mərhələsinə keçdiklərini bəyan etdilər.  Müxalifətin ardınca Erməni Apostol Kilsəsinin rəsmiləri və din xadimləri də hakimiyyətin siyasi təzyiqlərinə məruz qalmaqdadırlar.


Yerli erməni fəalları isə hazırda Ermənistanda siyasi motivli represiyaların və siyasi məhbusların sayının artdığını bəyan edərək   Qərbin əksər insan haqları təsisatlarını,  eləcə də birbaşa Avropa İttifaqının özünü bütün baş verən siyasi biyabırçılığa  göz  yummaqda ittiham etdilər.  Əslində isə həqiqətən də bu cür məsələlərə Qərbin bir yanaşması var: bizim adamdırsa istədiyini edə bilər,   məhz buna görə də Ermənistanda  ağır seçki pozuntularına, həbslərə, hər cürə təzyiqlərə baxmayaraq, Paşinyan “Qərbin dostu” və “demokrat” kimi dəstəklənir,  onun qələbəsi  isə  Ermənistanda demokratiyanın qalib gəlməsi kimi təqdim edilir.


Halbuki, qonşu  Gürcüstanda seçkilər və siyasi proseslərə Qərb kəskin tənqid, sanksiya təhdidləri və “demokratiyanın geriləməsi” ittihamları ilə yanaşırdı, niyə? Çünki orada hakimiyyətə gələnlər Qərbin dostu deyildi, ən azı onların meyarlarına uyğun gəlmədiyinə görə özləri belə hesab edirdilər. Yaxud da götürək Ermənistandakı əvvəlki Koçaryan, Sarqsyan hakimiyyəti dövrünü, o zaman da ölkədə əsil hərbi diktaytura hökm sürsə də, işğalçı iqtidarın əli nəinki dinc Azərbaycan, eləcə də Ermənistan vətəndaşlarının qanına bulaşsa da  bu qoca Avropa  qana susayan həmin manyaklara gözünün üstündə qaşın var deyirdimi? Demirdi, çünki ortada ATƏT-in Minsk qrupu adlandırılan üçlüyünün “strateji maraqları” vardı. İndi də həmin oyun gedir. Doğrudur, bəzi beynəlxalq müşahidə missiyalarının Ermənistandakı seçkilərlə bağlı ilkin qiymətləndirmələrində müəyyən obyektiv məqamlar var.

Burada qeyd olunur ki, dövlət resurslarından istifadə, mediada balansın tam təmin olunmaması, kəskin siyasi ritorika və seçki kampaniyası zamanı qeydə alınan  qanun  pozuntuları ciddi  narahatlıqlar doğurur. Bütün bunlar təbii ki, Ermənistanın demokratik inkişafında vəziyyətin heç də deyildiyi kimi yox, əksinə  institusional problemlərin mövcudluğunu və bir qədər də geriləmələrin olduğunu göstərir. Müşahidəçilər də hesab edir ki, son illərdə Ermənistanda hakimiyyətin məhkəmə sistemi, hüquq-mühafizə orqanları və informasiya məkanına təsiri güclənib. Onların fikrinə görə  siyasi qərarların qəbulunda hakimiyyətin təsiri artdıqca hakimiyyət bölgüsü prinsipi zəifləyir və müxalifətin fəaliyyət imkanları da getdikcə məhdudlaşır. Göründüyü kimi Paşinyan “demokratiya” pərdəsi altında yeni avtoritar rejim qurur.


Qərb də  bu prosesi stimullaşdırmaqla öz adamı Paşinyanın vasitəsilə Ermənistanı özünün yeni geosiyasi alətinə döndərir. Bir zamanlar Kremlə forpostluq edən Ermənistan indi Qərbin siyasi maraqlarının girovuna çevrilir. Amma ortada Ukraynanın acı təcrübəsi var, getdikcə Qərb-Rusiya siyasi qarşıdurmasında siyasi alver predmeti olan Ermənistan həm bir dövlət olaraq, həm də bir cəmiyyət kimi daxili parçalanmalar, iqtisadi problemlər və regional təhlükələrlə üz-üzədir.

QAFQAZ  CƏNUBLU 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az