logo
logo logo
logo

Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar

10:39 - 16 İyul 2026

Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar.


Manset.az-ın əldə etdiyi məlumata görə, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar.

Bildirək ki, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər.

Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib.

Fotoda Tural Murtuzəliyev


Fotoda Pənah Mehdiyev


Fotoda Qoşqar Kamilli



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az