logo
logo logo
logo

Uşaq qidasından tarakan çıxdı – Şok iddia

14:49 - 03 Avqust 2026

Uşaq qidasından tarakan çıxdı – Şok iddia

Qəbələ rayonunda marketlərdən birindən alınan “Nəmiş” markalı qarğıdalı partlağı ilə bağlı şikayət yayılıb.


Manset.az xəbər verir ki, istehlakçının sözlərinə görə, məhsul 1 avqust tarixində alınıb. Qab açıldıqdan sonra qarğıdalının içərisində həşərata bənzər yad cisim aşkarlanıb. Şikayətçi həşəratın qanad və ayaqlarının qoparaq məhsulun içərisinə düşdüyünü bildirib.

O qeyd edib ki, illərdir sözügedən markanın məhsullarından uşaqları üçün istifadə edir və ilk dəfə belə halla qarşılaşıb. Şikayətçi hadisədə məhsulu satan marketi günahlandırmadığını, problemin istehsal prosesində məsuliyyətsizlikdən qaynaqlana biləcəyini düşündüyünü deyib.

“Uşaq qidası olmasa, bəlkə də vecimə almazdım. Körpələrimiz yazıqdır”, – deyə istehlakçı narazılığını ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az