logo
logo logo
logo

Ananın efirdəki iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

19:39 - 13 Avqust 2026

Ananın efirdəki iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi media resurslarında paytaxtın Pirallahı rayonunda vətəndaş F.Zeynalovanın azyaşlı övladının onun icazəsi olmadan aparılması ilə bağlı yayılan məlumat polis əməkdaşları tərəfindən araşdırılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Manset.az-a bildirib ki, azyaşlının valideyni ərazi üzrə müvafiq polis orqanına dəvət olunub. Araşdırma zamanı müəyyən edilib ki, azyaşlı ailənin digər üzvü tərəfindən aparılıb, hazırda isə valideyninin himayəsindədir.

Məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.

***

16:15

Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, Danış” verilişinə müraciət edən Firuzə Zeynalova azyaşlı övladının zorla aparıldığını iddia edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, qadın bildirib ki, hadisə Pirallahı rayonu ərazisində baş verib. O, uşağı ilə birlikdə bankomatdan pul çıxaran zaman bir nəfərin “Mercedes” markalı avtomobillə onlara yaxınlaşdığını bildirib.

İddia sahibinin sözlərinə görə, həmin şəxs 8 yaşlı Qurbanova Gülər İmran qızını zorla götürərək avtomobilə mindirib və ərazidən uzaqlaşıb. Firuzə həmin şəxsin ona “Ağıllı olsan, uşağını bir saat sonra qaytaracağıq” dediyini bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az