Almaniyada yaşayan azərbaycanlı MMA döyüşçüsü Raul Lemberanskij növbəti peşəkar döyüşünü qələbə ilə başa vurub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Lemberanskij sentyabrın 26-da Frankfurtda yerləşən Deutsche Bank Park stadionunda keçirilən OKTAGON 94 turnirində slovakiyalı Roman Paulusla qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ardından azərbaycanlı idmançı rəqibi üzərində qələbə qazanıb.
Bu nəticə ilə Raul Lemberanskij peşəkar MMA karyerasında ardıcıl 10-cu qələbəsini əldə edib və məğlubiyyətsiz rekordunu 10-0-a çatdırıb.
Qeyd edək ki, Lemberanskij Frankfurtda fəaliyyət göstərən MMA Spirit klubunu təmsil edir.
Manşet.az