logo
logo logo
logo

“Vahid məktəbli geyiminin əleyhinəsənsə, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan!”

13:53 - 11 Oktyabr 2026

“Vahid məktəbli geyiminin əleyhinəsənsə, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan!”

Son günlər Azərbaycan məktəblərində vahid geyim qaydaları ilə bağlı müzakirələr gündəmdədir. Aparılan müzakirələrdə məktəblərin dünyəvi təhsil prinsiplərinə uyğun fəaliyyət göstərməsi məsələsi xüsusilə diqqət çəkir.


Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Manset.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, hicaba qadağa qoyulmadığı halda, orta məktəblərdə vahid geyim tərzi ilə bağlı qərarın bu qədər geniş etiraz və müzakirələrə səbəb olması müəyyən suallar yaradır.

Rəşad Məcidin sözlərinə görə, dünyəvi təhsilə və sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidlərin əlamətləri açıq görünür.

“Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür. Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!”, – deyə o qeyd edib.

Rəşad Məcid vurğulayıb ki, Azərbaycanın maarifpərvər ziyalıları vaxtilə cəhalətə və xurafata qarşı mübarizə aparıblar. O, dini ideyaların təhsil mühitində ön plana çıxarılmasının mümkün nəticələrinə diqqət çəkərək, dinin hakim olduğu ölkələrdə yaşananların da nəzərə alınmasının vacibliyini bildirib.

Mətbuat Şurasının sədri hesab edir ki, din pərdəsi altında şəxsi iradə və iddiaları cəmiyyətə qəbul etdirmək cəhdləri gələcək üçün ciddi təhlükə yarada bilər. 

Qeyd edək ki, məktəblərdə vahid geyim qaydaları şagirdlər arasında sosial bərabərliyin təşviqi, maddi imkan fərqlərinin geyim vasitəsilə qabardılmasının qarşısının alınması və təhsil mühitində vahid yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda, dünyəvi təhsil prinsiplərinin qorunması məktəbin əsas funksiyasının bilik və elmi dünyagörüşünün formalaşdırılması olduğunu ön plana çıxarır.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az